Şamaxıda biçilməmiş taxıl sahəsi yanıb - VİDEO

Şamaxı rayonunun Göylər kəndində biçilməmiş taxıl sahəsi yanıb.

Oxu.Az-ın məlumatına görə, onlarla hektar ərazini əhatə edən güclü yanğının söndürülməsi üçün əraziyə dərhal FHN-in Şamaxı Dövlət Yanğın Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün lazımı tədbir görülür.