Bakıda güclü yanğın başladı - YENİLƏNDİ/FOTO-VİDEO

Bakı şəhər Nizami rayonunda ticarət obyektində başlayan yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

AzBaku.org Publika.az-istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib. O, Real TV-yə açıqlamasında hadisənin səbəbinin yanğının söndürülməsindən sonra məlum olacağını deyib.

*****

10:44

Fövqəladə Hallar Nazirliyi Nizami rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

*****

10:33

Bu dəqiqələrdə Bakının Nizami rayonunda güclü yanğın başlayıb.

Publika.az xəbər verir ki, metronun "Neftçilər" prospekti yaxınlığında - Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında güclü yanğının başlaması barədə məlumat daxil olub.

Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Əlavə məlumat veriləcək.