İki gün ərzində Bakıda əsən güclü külək nəticəsində 15 ağac aşıb.
AzBaku.org xəbər veror ki, Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, ağacların aşması nəticəsində üç maşına ziyan dəyib:
“Ağacların aşma halları paxtaxtın Yasamal, Binəqədi, Xətai, Nəsimi, Nərimanov və Səbail rayonlarında daha çox müşahidə olunub”.
O.Məmmədov qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:
“Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.