r

Bakıda sərxoş sürücü maşını aşırdı - VİDEO

Bakıda yüksək sürətlə hərəkətdə olan avtomobil aşıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Qəza Nobel prospekti, “Nargilə dairəsi” adlanan ərazidə baş verib.

Məlumata əsasən, hadisəyə səbəb sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub. Avtomobil əvvəlcə minik maşını, sonra yol polisi avtomobilinə və sərnişin avtobusuna çırpılaraq aşıb.

Zərərçəkənlərlə bağlı məlumat yoxdur.