Şimali Osetiya – Alaniya Respublikasının azərbaycanlı Ombudsmanı

Şimali Osetiya – Alaniya Respublikasında fəaliyyət göstərən “Azərbaycanlılar Konqresi”-nin mətbuat katibi, “Xəbərfakt” İA-nin Şimali Qafqaz üzrə büronun rəhbəri Elçin Şükür, Şimali Osetiya – Alaniya Respublikasında mühüm postlardan birini tutan, əslən azərbaycanlı olan, İnsan hüquqları üzrə müvəkkil Elbrus Vəliyevlə görüşündən bəzi məqamları Sizlərə təqdim edirik.
- Oxucularımıza sizi daha yaxşı təqdim etmək üçün, özünüz haqqında geniş məlumat verərdiniz zəhmət olmasa.

- Mən Vəliyev Elbrus Suren oğlu 1962-ci ildə Şimali Osetiya – Alaniya Respublikasıda doğulub, böyümüşəm. Uzun müddət Sankt-Peterburqda yaşadıqdan sonra, doğma vətənə, Osetiyaya geri dönmüşəm. Elə döndüyüm zamandan da hüquq müdafiəçisi kimi çalışmağa başlamışam. Mən hal-hazırda Osetiyada yaşayıram.
Mən insan hüquqları müvəkkiliyəm. Bu təyinatı 2014-cü ilin sonunda almışam və bildiyiniz kimi, Şimali Osetiya Respublikası Alaniyada Parlament sözügedən vəzifəni 5 il müddətinə təyin edir. Məhz bu səbəbdən mən indinin özündə də insan hüquqları müvəkkili sayılıram.

- Şimali Osetiya – Alaniya Respublikasında müxtəlif millətlərin nümayəndələri yaşayır. Bəs bu müasirlərin siyasətə münasibəti hansı səviyyədədir?

- İndiki zaman üçun çox doğru sualdır. Mənim qənaətimə görə Alaniyada 104 millətin nümayəndəsi yaşayır.
Əgər ümumilikdə bu millət nümayəndələrinin əməli fəaliyyətinin hansı məna kəsb etdiyindən danışsaq, ələlxüsus Azərbaycanın mədəniyyət mərkəzini qeyd etmək istəyirəm. Belə ki, Şahin Məmmədovun başçılıq etdiyi “Azərbaycanlılar konqresi” ictimai fəaliyyəti etibarilə Şimali Osetiya – Alaniya Respublikasının həm siyasi, həm də mədəni sferasında kifayət qədər seçilir. Burda digər xalqların da diaspor və mədəniyyət mərkəzləri var. Onlar da öz növbəsində ölkənin həm mədəni, həm siyasi sahəsində aktiv rol oynayırlar. Ancaq Azərbaycan diasporu nisbətən seçilir.
Şimali Osetiyaya azərbaycanlılar 1906-cı ildə təqdim olunub. Onlar özləri ilə bərabər, həm də yüksək mədəniyyət gətiriblər. Bunu müşahidə edən osetinlər özləri də deyə bilər ki, azərbaycanlılar necə mədəniyyətsevər və bu mədəniyyəti hər addımında cəmiyyətə ötürə bilən xalqdır. Onlar hətta yedikləri çörəyi belə təklikdə yemək istəmirlər və osetinlər də bunu öz növbəsində çox dəyərləndirir. Bir sözlə, Azərbaycan xalqı olduqca qədirbilən xalqdır və bütün osetinlər bu keyfiyyətinə görə Azərbaycana minnətdardır.
Ən başlıcası yadımdan çıxdı deyim ki, Şahin Məmmədov Şimali Osetiya – Alaniya Respublikasıda insan hüquqları üzrə müvəkkil kimi mənim köməkçimdir. Onun namizədliyi bizim parlamentin deputatları tırıfindən tövsiyə olunub. O digər mədəni mərkəzlərin bir-biri ilə əlaqəsini qurur.
Bütün sadaladıqlarımdan əlavə, bizim prokuror müavinləri və nazir kimi yüksək çinlilərimiz arasında da azərbaycanlılar var. Onlar bizim Rusiya cəmiyyətinə çox uyğunlaşıblar. Osetinlər və Azərbaycanlılar arasında birgə nikah, qan qohumluğu onları bir-birinə qarışdırıb, iki xalqı doğmalaşdırıb. Osetiyada 10 ildən artıq yaşayan bütün azərbaycanlılar osetin dilində sərbəst danışır. Bu da öz növbəsində iki xalqın necə doğmalaşdığını təcəssüm etdirir.
Biz artıq bir-birimizə qardaş xalqlar deyirik və bu qardaşlıq tariximizin başlanğıcı uzaq olan qorxunc dövrdən – Böyük Vətən Müharibəsindən başlayır. Şimali Osetiyanın azadlığı uğrunda minlərlə azərbaycanlının qanı axıdılıb. Bax, bu qəhrəmanlıq salnaməsi, tökülən qanlar azərbaycanlıların osetinlərlə qarışan qanı idi və Osetin xalqı bu qanı heç vaxt unutmayacaqdır.
İndi onlar bu münasibətlərin vacibliyini və məsuliyyətini başa düşərək bizə qarşı çox ciddi səviyyədə qardaşlıq əlaqələri qurur. Əlbəttə, Şimali Qafqazda millətlərarası münasibətlərin qurulmasına Respublikamızın rəhbərliyi də ciddi diqqət yetirir.
Heç kim, Respublikamızın ərazisində yaşayan hər hansı bir millətin, istər osetin, çeçen, azərbaycanlı, inquş, istırsı də s. millətlərin nümayəndəsi olsun deyə bilməz ki, Şimali Osetiya – Alaniya Respublikasıda ona rahat deyil. Əksinə deyəcəklər ki, osetinlər onlar üçün maksimum rahat yaşayış şəraiti yaradıblar. Əgər biz bir mədəniyyətin üzərində dayansaq, onda bu xalqın heç bir gələcəyi olmaz.

- Azərbaycan Respublikası və Şimali Osetiya- Alaniya Respublikası Ombudsmanlarının qarşılıqlı əlaqəsini necə xarakterizə edirsiniz?
- Əlbəttə, insan hüquqları müvəkkili kimi Azərbaycan Respublikası ombudsmanı Elmira xanımla bir-birimiz haqqında bilirik, baş verənlərdən xəbərdarıq. Bir ay əvvəl Kazan şəhərində İnsan hüquqlarına dair beynəlvalq seminar keçirilmişdir. Həmin seminara şəxsən o da dəvət olunmuşdu. Rusiya Federasiyası insan hüquqları üzrə müvəkkili Tatyana Nikolayevna Мaslinova və bütün postsovet respublikalarının ombudsmanları həmin tədbirdə iştirak edirdilər. Amma təəssüf ki, Azərbaycan İnsan hüquqları üzrə müvəkkili səhhəti ilə əlaqədar gələ bilməmişdir. Ombudsman aparatından bir nümayəndə göndərmişdir. Bu, çox ciddi beynəlxalq konqres idi.
Mənim fikrimcə, həm Azərbaycanın, həm də Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkilləri vətəndaşların həyatını yüngülləşdirmək üçün qarşılıqlı fəaliyyət göstərirlər. Məhz Rusiya Federasiyasının ərazisində Azərbaycanlıların, rusların da Azərbaycan Respublikasında sabit şəraitdə yaşaması üçün insan hüquqları üzrə müvəkkillər praktiki olaraq məşğul olur.
Şimali Osetiya – Alaniya Respublikasının insan hüquqları üzrə müvəkkili kimi qeyd etməyim vacibdir ki, Respublikamızın ərazisində hər hansı bir millətin nümayəndısinin problemi olduqda, biz bir müvəkil olaraq o problemlərlə yaxından tanış olmağa və həll etməyə çox maraqlıyıq. Çünki Şimali Qafqaz dairəsində Şimali Osetiya – Alaniya Respublikası böyük şəhərdir və diaspor təşkilatları məhz Şimali Osetiya – Alaniya ərazisində yerləşir. Biz bununla öyünürük.
Əlbəttə, iki dövlət arasında çoxdan qurulmuş münasibətlərin üzərində daha çox işləyir, xalqlar üçün daha əlverişli şərait yaranmasında və bu münasibətlərin gücləndirilməsində insan hüquqları üzrə müvəkkil kimi əlimizdən gələni əsirgəmirik.

- Respublikalar arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı rolu baxımından, Şimali Osetiya – Alaniya Respublikasıdakı diasporumuzun qolu olan “Azərbaycanlılar konqresi”nin, şəxsən konqresin fəxri prezidenti Şahin Məmmədovun fəaliyyətini necə dəyərləndirirsiniz?
- Müsahibəmizin bu qisminə kimi mən artıq Azərbaycan konqresi və Şahin Məmmədovun fəaliyyəti haqqında bəhs etmiş sayılıram. Ancaq indi şəxsən Şahin Məmmədov haqqında danışacağam. O, özünün rəftarı və istiqanlılığı ilə nəinki azərbaycanlıların, qardaş xalqların da rəğbətini qazanıb. Özünün də dediyi kimi, harda yaşayırsa, həmin yerin sakinləri hamısı ona qardaşdır. Bu münasibəti hətta iki xalqın münasibətlərinə də yansıyır. “Azərbaycanlılar konqresi”nin bütün proqramlarına Şahin Məmmədov başçılıq edir. Bu proqram iki dövlətin yaxınlaşması haqqında çox böyük proqramdır, amma biz indi xüsusilə Şimali Osetiya haqqında danışırıq.
Tam əminliklə deyə bilərəm ki, Şimali Osetiya – Alaniyanın istənilən ərazisində onun haqqında danışmağa başlasan, Şahin Məmmədovu aktiv ictimai xadim kimi hamı tanıyırlar. Və şübhəsiz ki, Şimali Osetiya - Alaniya rəhbərliyi də bunu bilir. Onu hamı – Şimali Osetiya – Alaniya Respublikasının rəhbəri Vyaçeslav Bitarov və ŞOAR-nın parlamentinin sədri Mayaçnev də tanıyır. “Azərbaycanlılar konqresi”nin Rusiya Federasiyasının ərazisində yaşayan bütün xalqların yaxınlaşmasında əhəmiyyətli rolu danılmazdır.
O, osetin dilini bilir və başa düşür. Bütün bayramlarda, dövlət tədbirlərində Azərbaycan mədəniyyətini, adət-ənənələrini təcəssüm etdirir, hətta evində hazırlanan şirniyyatın dadında belə özünün milliyyətcə azərbaycanlılığını təqdim edir.

P.S. Şimali Osetiya – Alaniya Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elbrus Vəliyevlə söhbət zamanı daxilən çox qürurlanırdım. Milli təəssübkelik hissi məni duyğulandırırdı. Həmyerlimizə uzun ömür və gələcək işlərində uğurlar arzulayırıq.

Hazırladı: Elçin ŞÜKÜR
Şimali Qafqaz üzrə Büro rəhbəri
Şimali Osetiya – Alaniya Respublikasının azərbaycanlı Ombudsmanı
Şimali Osetiya – Alaniya Respublikasının azərbaycanlı Ombudsmanı