Şabranda tortdan kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanalıq oldu

Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.


Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, iki gün öncə ad günündə olan şəxslər zəhərlənmə diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Xəstəxananın Reanimasiya şöbəsinin müdiri, həkim İmamqulu İbrahimov saytımıza açıqlamasında bildirib ki, zəhərlənmə tortdan baş verib.