"Qarabağ"ın futbolçusu üçün Fransadan təklif alıb - FOTO

"Qarabağ" Abdullah Zubir üçün Fransa komandasından təklif alıb.

Metbuat.az bildirir ki, 27 yaşlı yarımmüdafiəçinin transferi üçün "Genqam " komandasının prezidenti və idman direktoru Bakıya gəlib və transferin gerçəkləşməsi üçün ilkin təmaslara başlayıb.

Qeyd edək ki, "Qarabağ" Əlcəzair əsilli fransalı futbolçunu 2018-ci ilin yayında "Lans"dan 1 milyon avroya transfer edib. Zubirin sözləşməsi gələn yay başa çatacaq.
"Qarabağ"ın futbolçusu üçün Fransadan təklif alıb - FOTO