Bakıda daha bir yol çökdü – FOTO

Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır
Binəqədi-Novxanı avtomobil yolunda Azərsu ASC-ə məxsus su borusunda qəza baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb. Dərhal ərazi AAYDA-nin Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb. Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.