01 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Dünya və Avropa çempionu, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Fəxri üzvü Məhəmməd Müslümzadənin anadan olmasının 70 illik yubiley tədbiri keçirildi.
Tədbirdə ilk öncə Dünya və Avropa çempionu Məhəmməd Müslümzadənin həyatına həsr edilmiş video film nümayiş etdirildi.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbirdə çıxış edərək Hacı Məhəmməd Müslümzadənin sambo və cüdo üzrə əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, M.Müslümzadə ömrünün əlli ildən çox hissəsini Azərbaycanda idmanın inkişafına və təbliğinə həsr edib. Bu gündə o Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ən fəal veteranlarından biri kimi bizimlə birlikdə Veteran hərakatında yaxından iştirak edir.
Məhəmməd Müslümzadə, Azərbaycanın müstəqilliyi və inkişafı üçün əlindən gələn köməkliyi dövlətimizdən əsirgəməyərək, Azərbaycan Dövlət Siyasəti istiqamətində, Veteran hərəkatında və gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, gənc nəslin təlim-tərbiyəsi istiqamətində göstərdiyi xidmətlərinə və veteranlara göstərdiyi diqqət və qayğıya görə Respublikası Veteranları Təşkilatının “Veteran Həmrəyliyi”-medalına, “General Həzi Aslanov”- adina və “General Şixlinski”-adina yubley medallarına təltif olmuşdur.
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov yubilyar Hacı Məhəmməd Müslümzadə haqqında xoş sözlər deyərək, qeyd etdi ki, Məhəmməd Müslümzadə 1961-1972-ci illərdə idmançı, sonrakı dövrdə isə məşqçi və hakim kimi fəaliyyət göstərən M.Müslümzadə 2002-2005-ci illərdə sambo, 2009-2018-ci illərdə cüdo üzrə veteranların dünya və Avropa çempionatlarında qalib və mükafatçı olub.
O, 1974-cü ildə sambo, 1976-cı ildə cüdo üzrə SSRİ İdman ustası, 2007-ci ildə Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülərək, Sambo və cüdo üzrə SSRİ idman ustası dərəcəsini alıb. 2007-ci ildə Minskdə keçirilən veteran samboçular arasında dünya çempionatının qalibi olub.
Doğulub boya-başa çatdığı Azərbaycana dünya çempionu kimi qayıdıb. O, 50 yaşında İslam dinini qəbul edib. Ulu öndər Heydər Əliyevin dəstəyi ilə Məkkəni ziyarət edib. Tanınmış idmançı veteran cüdoçular arasında Avropa çempionudur. 2 dəfə dünya çempionatında 3-cü yerə çıxıb. Sambo güləşində dünya çempionu və 4 dəfə bürünc medalçısıdır.
İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Saleh Aslanov öz çıxışlarında Azərbaycanda dövlətin ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışdıılar.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov veteran idmançını 70 illik yubileyi münasibəti ilə təbrik etmiş, onun həyatından, idmanda qazandığı yüksək nailiyyətlərdən danışdı. Nəcəf Novruzov qeyd etdiki, Məhəmməd Müslümzadə gənc yaşlarından idmanla ciddi məşğul olub, özünü samboda sübut etmək üçün üzərində yorulmadan çalışıb. Həm respublika, həm də beynəlxalq səviyyəli yarışlarda medallar qazanıb. O, çixişinin sonunda qeyd etdi ki, yubilyar ölkəmizdə sambonun və cüdonun inkişafına töhfə verib. Sambo və cüdo üzrə SSRİ İdman ustası, usta cüdoçular arasında dünya çempionu olan M.Müslümzadənin idman nailiyyətləri gənc nəslə örnəkdir.
Yubliyarı təbrik edən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti, Əfqanstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov çıxış edərək xususi ilə qeyd ettdi ki, Məhəmməd Müslümzadə Veteran hərəkatında yaxından iştirak edərək Şəhid aillərininvə müharibə əlillərinin tibbi–sosiyal problemlərinin həllində öz köməkliyini əsirgəməir. O, 2016-cı ildə, Azərbaycan ordusunun keçirtdiyi uğurlu döyüş zamanı Şəhid olmuş şəhidlərimizin dəfin mərasimində yaxından iştirak edərək, şəhidlərin aillərinin yanlarında olaraq, onların dərdinə şərik olmuşdur.
Məhəmməd Müslümzadə “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Fəxri üzvü və Dünya və Avropa çempionu və ehtiyatda olan veteran idmançı kimi, Azərbaycanın müstəqilliyi və inkişafı üçün əlindən gələn köməkliyi dövlətimizdən əsirgəməyərək Gənclər və İdman nazliyinin Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Respublika Veteran Təşkilatının təkilatçılığı ilə döyüş bölgələrinə vətənimizin keşiyində duran əsgərlərimizin yanına gedərək, əsgərlərimizin döyüş ruhunu qaldırmıası, vətəni sevməyi, vətəni göz bəbəyi kimi qorumaları üçün təbliğat aparır onlara öz köməyliyini əsirgəmir.
O, həmçinin Fondun veteran üzüvləri ilə birlikdə, Bakı şəhər Ümumtəhsil Məktəblərdə keçirilən vətənpərvərlik görüşlərində yaxından iştirak edib, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunmasında və böyüməkdə olan gənc nəslin təlim-tərbiyyəsi istiqamətində marifləndirmə işləri apararaq, şagirdlərə vətənpərvər ruhda böyümələri istiqamətində təbliğat aparır.
Haçı Məhəmməd Müslümzadə də işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması üçün Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanının əmri ilə səfərbər olaraq əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşə getməyə hazırdı və bu əmiri səbirsizliklə gözləyənlərdən biridi. Məhz Fədai idmançımız Haçı Məhəmməd Müslümzadəninin böyük və arzusu budur ki, ağrılı Qarabağı yükünü və problemi gənc nəsilə saxlamamalıyıq!
Bu gün Haçı Məhəmməd Müslümzadə kimi Dünya və Avropa çempionları olan idmaçı veteranlarımız böyüməkdə olan gənc nəsilin hərbi vətənpərvərlik ruhunda böyümələri üçün örnək olmalıdırlar.
Məndə əzizlərinin və dostlarinın çoxsayli təbriklərinə qoşularaq, Əziz və dəyərli vətənpərvər dosdumuz Haçı Məhəmməd Müslümzadi, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun İdarə Heyyətinin adından və şəxsən öz adımdan 70 illik yubleyi münasibəti ilə səmimi qəlbdən tebrik edirəm, ona həyatda uzun ömür, can sağliği və gələcək işlərində yeni-yeni müfəvəqiyyətlər arzulayram.
Sonda Dünya və Avropa çempionu Məhəmməd Müslümzadə qonaqlar tərəfindən bir sıra mükafatlar ilə təltif olundu və xatirə şəkilləri çəkildi.
NƏRGİZ NAĞIYEBA,
“Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun
Hümanitar məsəllər şöbəsinin müdürü