“ARB” telekanalında yayımlanan “Səhər-səhər” verilişinin qonağı Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva olub.
AzBakuşinfo Milli.Az-a istinadla xəbər verir ki, Z.Dostəliyeva ilk həyat yoldaşından boşanma səbəbindən danışıb.
“Qızımın 1 yaşı var idi, mən sevdiyim kişi ilə görüşürdüm. Sonra evləndik. Bu, mənim ikinci evliliyim idi. Birinci nikahım sonadək uğurlu alınmadı. Əmim oğlu idi, istəmirdim onu. Uşaq idim, məktəbdə oxuyurdum, məni nişanladılar. Məktəbdə sevincək konfet paylayırdım uşaqlara. Üzüyü qızlara sevinə-sevinə göstərirdim. O zaman 5-ci sinifdə oxuyurdum. 5 il nişanlı qaldım. Əmim oğlu yaxşı insan idi. Amma ağlım kəsəndən sonra anladım ki, mənə qorxub çəkinəcəyim insan lazımdır”, - deyə o bildirib.