Bakıda dəhşətli qəza: avtomobili vurdu, sürücünü yaralı vəziyyətdə qoyub qaçdı - VİDEO

Hadisədən bir neçə gün keçsə də nə sürücüdən heç bir xəbər yoxdur

Noyabrın 10-u saat 20:30 radələrində, Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, 10 AR 171 dövlət nömrə nişanlı, "Audi" markalı avtomobilin sürücüsü 10 VH 045 dövlət nömrə nişanlı, "KİA" markalı avtomobili arxa sol tərəfdən vurub.
Hadisə nəticəsində "KİA" markalı avtomobili idarə edən Məmmədov Pərvin Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun iki diz qapağı, boyun və qulağında çoxsaylı xəsarətlər var.

"VİP lizinq" şirkətinə məxsus olan "Audi" markalı avtomobili yol vərəqəsi ilə idarə edən 1996-cı il təvəllüdlü Quliyev Akif Rafiq oğlu isə həm yaralı vəziyyətdə olan digər sürücünü, həm də öz avtomobilini hadisə yerində qoyaraq qaçıb.
Hadisədən bir neçə gün keçsə də nə sürücüdən heç bir xəbər yoxdur.