Xırdalanı Yaponiya ilə səhv salan sürücü "protiv" gedir - 10-EF-019 - VİDEO


Qəfildən ayırıcı zolağın sol tərəfinə keçərək əks istiqamətdə axına qarşı hərəkət edib
[quote][/quote]

Xırdalan şəhərində yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün görüntüsü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, noyabrın 23-də Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində hərəkət edən 10-EF-019 qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü, qəfildən ayırıcı zolağın sol tərəfinə keçərək əks istiqamətdə axına qarşı hərəkət edib. O, qarşıdan gələn avtomobillərə təhlükəli vəziyyət yaradıb.