Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib - VİDEO

Faktla bağlı əraziyə Nərimanov RDYPŞ-nin əməkdaşları cəlb edilib
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb. "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini beton arakəsməyə vurub. Zərbənin təsirindən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı əraziyə Nərimanov RDYPŞ-nin əməkdaşları cəlb edilib.