Türkiyəli yazar “Qarabağ”ı təhqir etdi, sonra üzr istədi – FOTO

Türkiyənin “Sabah” qəzetinin yazarı Mevlüt Tezel Azərbaycanın “Qarabağ” futbol komandasının İspaniyanın “Atletiko” klubu ilə Bakıda keçirdiyi oyunla bağlı Azərbaycan komandasını aşağılayan köşə yazısı yazıb. Virtualaz.org xəbər verir ki, “Qarabağ” komandası həmin oyunda 0-0 hesabı ilə heç-heçə edərək ilk dəfə qatıldığı Çempionlar Liqasında ilk xalını qazanaraq Avropa futbol ictimaiyyətini növbəti dəfə təəcübləndirdiyi halda bu, türkiyəli yazarın xoşuna gəlməyib.

Müəllif “Qarabağ” azarkeşlərinin stadionda komandanı dəstəkləmək üçün adi A4 kağızlarına komandanın adının baş hərflərini yazaraq şəffaf lövhə üzərinə yapışdırmasını və “koregrafiya” etmələrini bəyənməyib. “Bu, fotbol tarixinin ən miskin, ən əzik, ən komik koreograsiyası oldu. Eybi yox, olsun, onlar da yavaş-yavaş futbol mədəniyyətini öyərənəcəklər”, – Tezel ironiya ilə yazıb.

O, məqaləsində “Qarabağ” klubunun ünvanına başqa aşağılayıcı ifadələr də işlədib. Türkiyənin goalbien.com saytı yazır ki, Mevlüt Tezelin bu yazısına sosial şəbəkə istifadəçiləri hiddətli reaksiya veriblər, onun ünvanına çoxsaylı təhqiramiz ifadələr yağdırılıb.

Türkiyəli yazar “Qarabağ”ı təhqir etdi, sonra üzr istədi – FOTO

Virtualaz.org qeyd edir ki, hazırda Tezelin həmin yazısı “Sabah” qəzetinin saytından çıxarılıb.

Yenicag.az xəbər verir ki, “Sabah” qəzetinin yazarı Mövlut Tezel sonradan Azərbaycan xalqından üzr istəyib.

O, bu barədə öz şəxsi “twitter” hesabında paylaşım edib.
Türkiyəli yazar “Qarabağ”ı təhqir etdi, sonra üzr istədi – FOTO