Şamaxı rayon AİK-nın ziddiyyətli Qərarı - Araşdırm
“Şah qanun deyil, Qanun şahdır!” İlham ƏLİYEV
1991-ci ildədünyanın iki geosiyasi qütbündən biri olan – Sovet İttifaqının dağılması nəticəsində bu birliyə daxil olan respublikaların müstəqillik qazanmasına səbəb oldu. Uzun illərin müstəmləkəçilik idarəetmə üsulundan sonra, heç bir hazırlıqları olmadan, idarəçilik təcrübəsizliyi digər respublikalarda baş verən xaos Respublikamızdan da yan keçməmişdir.
Yeni doğulmuş Ölkəmizin müstəqilliyinin başı üzərini almış, dağıdıcı tufanlara səbəb olcaq “qara buludları” dağıtmağa təcrübəli Lider zərurəti yaranmışdır. Dünya siyasi arenasında öz imzasını atmış, Ulu öndərimiz Heydər Əliyev dühası bu “buludları” dağıdaraq, həyata keçirdiyi Dövlətimizin iqrisadi inkişafının təməllərindən biri sayılan Aqrar İslahat əhalinin sosial-iqtisadi həyatında mühüm rol oynadı.
Praqmatik siyasəti ilə Heydər Əliyev siyasi kursuna sadiqliyini, zamanın nəbzinə uyğun olaraq apardığı islahatlar və qəbul etdiyi “Dövlət Proqramları” ilə hər zaman təsdiq edən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının da idarəçilikdə və islahatlarda əhalinin sosial rifah halının ön planda tutmasıdır.
Amma...
Şamaxı rayonu Sabir qəsəbəsi sakini, 2-ci qrup əlil, şəkər xəstəsi biz hal-hazırda 16 nəfər ailə üzvüləri ilə bir evdə qeydiyyatda olub və yaşayan Baxışov Qürbət Bəşir oğlu (050-342-22-87) tərəfindən “Sözazdliği.org” onlayn qəzetinin redaksiyasına daxil olmuş şikayət ərizəsini KİV haqqında qanunun və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq araşdırarkən rast gəldiyimiz hallar bizi həm təəccübləndirdi, həm də çox məyus etdi. Bu barədə sonra...
Apardığımız araşdırmalar və topladığımız sənədlərdən məlum oldu ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olub və yaşayan Şıxıyava Şəlalə Ağa qızının adına fərdi yaşayış evinin tikintisi məqsədilə həm Şəhriyar qəsəbəsində, həm də Sabir qəsbəsində Şamaxı rayon AİK-nın müvafiq qərarları ilə torpaq sahəsi ayrılıb.
Belə ki, Şamaxı Rayon AİK-nın 16 aprel 2001-ci il tarixli, 04 saylı qərarı ilə Şəhriyar qəsəbəsində Şıxıyeva Şəlalə Ağa qızına fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Və ona J N – 441A saylı kod № 41001004. 1 olan, 27 dekabr 2004-cü il tarixdə 7570 nömrə ilə torpaq kadastr kitabında qeyd edilərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. (Şəkil 1)
Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 07 noyabr 2006-cı il tarixli, 09 saylı qərarı əsasında Sabir qəsəbəsində Şıxıyeva Şəlalə Ağa qızına fərdi yaşayış evinin tikintisi məqsədilə 1022 kv.m torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq Kadastrı kitabında 01.02.2010-cu il tarixdə 677 nömrə ilə uçota alınmış A № 215284 “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmişdir. Və bu “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ona 07 fevral 2014-cü il tarixdə Şıxıyeva Şəlalə Ağa qızının adına № 410013014404, qeydiyyat № 291400351, seriya RX № 03188115 saylı Çıxarış verilmişdir. (Şəkil 2)
Təəccübləndik ona görə ki, Şamaxı Rayon AİK Şıxıyeva Şəlalə Ağa qızına 16 aprel 2001-ci il tarixli, 04 saylı qərarı ilə Şəhriyar qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin ayrılması barədə qərar qəbul edir, bundan beş il sonra, 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə 1022 kv.m torpaq sahəsinin Sabir qəsəbəsində ayrılması barədə qərar qəbul edir.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə - Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir.
Həmin maddənin digər tələbinə görə - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir.
Bu gündə qüvvədə olan “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozulmasına niyə göz yumulur?
07 fevral 2014-cü il tarixdə Şıxıyeva Şəlalə Ağa qızının adına № 410013014404, qeydiyyat № 291400351, seriya RX № 03188115 saylı Çıxarış verilmişdir.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə görə - Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
14 saylı Şamaxı Ərazi İdarəsi məlum Çıxarışı verərkən Ş.A.Şıxıyevanın qanuni istifadəsində olan torpağı hası sənədə əsasən müəyyən etdi? Çox təəssüflər olsun ki, əlaqədar qurumlar qanunçuluğun kobud şəkildə pozulmasına hələ də göz yummaqdadırlar.
Şamaxı rayon AİK-nın müvafiq qərarına istinad edən Ərazi idarəsinin diqqətinə “M.Ə.Sabir adına Yerli Aqrar İslahat Komissiyasının 05 noyabr 2006-cı il tarixli 23 saylı iclas protokolundan Çxarışın surətindən göründüyü kimi gündəlikdə duran məsələlər içərisində (2-ci məsələ) qəsəbə sakinlərinin normadan artıq istifadə etdikləri həyətyanı torpaq sahələri onların mülkiyyətinə veriləcək pay torpağından çıxılsın” bəndini çatdırmaq istərdik.
Şamaxı Rayon İHB-nın Sabir qəsəbəsi üzrə icra nümayəndəliyinin 01 mart 2014-cü il tarixli, 103 saylı arayışından görünür ki, Şıxıyeva Şəlalə Ağa qızının adına qəsəbədə islahat aparılana qədər həyətyanı torpaq sahəsi olmamışdır.
Bu iki sənəd Ş.A.Şıxıyevanın qanuni istifadəsində həyətyanı torpaq sahəsinin olmadığını açıq şəkildə sübuta yetirir.
Öz saxta əməllərinə hüquqi don geyindirmək məqsədilə “işbazlar” Şamaxı Rayon İHB-nın Sabir qəsəbəsi üzrə icra nümayəndəliyinin “torpaq kadstrı kitabına”, kitab “Z” işarəsi ilə rəsmi şəkildə bağlandıqdan sonra, Şıxıyava Şəlalə Ağa qızının adına fərdi yaşayış evinin tikintisi məqsədilə 1022 kv.m torpaq sahəsi olmasını yazmışdır...
Məyus olduq ona görə ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Respublikada demokratik inkişafın, sosial ədalətin, qanunçuluğun bərqərarı (İlham Əliyev: “şah qanun deyil, qanun şahdır”!), iqtisadiyatın gücləndirilməsi və s. istiqamətində islahatlar apardığı bir zamanında bəzi məmurlar qanunlara laqeyd münasibət bəsləməkləri ilə Dövlət başçısının praqmatıik siyasətinə kölgə salmaqla, əhalidə hökumətə qarşı sünii olaraq neqativ fikirlər yaradırlar.
Şıxıyeva Şəlalə Ağa qızı Şamaxı rayon AİK necə aldatdı ki, hər iki qəsəbədən, yəni həm Şəhriyar qəsəbəsindən, həm də Sabir qəsəbəsindən fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsi ala bildi;
Şıxıyeva Şəlalə Ağa qızının bu işlərdən xəbəri yoxdursa bəs kimlər onun adından istifadə edib;
Şamaxı Rayon İHB-nın Sabir qəsəbəsi üzrə icra nümayəndəliyinin “torpaq kadstrı kitabına”, kitab “Z” işarəsi ilə rəsmi şəkildə bağlandıqdan sonra, Şıxıyava Şəlalə Ağa qızının adına fərdi yaşayış evinin tikintisi məqsədilə 1022 kv.m torpaq sahəsi olmasını yazılmasını kimlər təşkil etmiş, hal-hazırkı icra nümayəndəsi bu məsələyə hüquqi qiymət verilməsi üçün əlaqədar orqanlara niyə müraciət etməyib;
Sabir Bələdiyyəsi qəsəbənin prespektiv inkişafı üçün ayrılmış 20 ha torpaq sahəsinin saxta qərarlarla zəbt olunmasına və həmin torpaq sahələrinin “rəsmiləşdirilməsinə” niyə göz yumur;
Əlaqədar orqanların Azərbaycan Respublikası Qanunlarının Aliyinin qorunması naminə bir-birinə ziddiyyət təşkil edən yuxarıda qeyd edilən sənədləri və bizim əldə edə bilmədiyimiz, yəni sorğumuza cavab verilməyən, halları araşdırıb məsələyə hüquqi qiymət verilməsi ümidi ilə...
“Sozazadligi.org”