Bakıda yollar buz bağladı - VİDEO

Bakıda və paytaxtın ətraf bölgələrində bir sıra avtomobil yolu buz bağlayıb.

Oxu.Az xəbər verir ki, yağan şaxtalı qar Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində, eləcə də Bakı Dairəvi yolunda buz qatının yaranmasına səbəb olub.

Yolun buzla örtülməsi nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları əraziyə cəlb edilib. Hazırda yol buz qatından təmizlənir.