Türkiyənin gənc aktrisası İlayda Akdoğan basketbolçu sevgilisi - iranlı Roham Kabiri görmək üçün 15 gün əvvəl Tehrana gəlib. Ancaq koronavirusun ölkədə yayılması və ölüm sayının artması ilə əlaqədar vətəninə qayıda bilməyib.
Hazırda İranda ev karantinində olan aktrisa sosial mediadan günlərinin necə keçdiyi barədə paylaşımlar edib.
O, bir gün öncə bərbərə getməyən sevgilisinin saç-saqqalına “əl gəzdirib”.
İranda vəziyyətin olduqca ciddi olduğunu deyən Akdoğan küçədən gələn hər şeyi təmizlədiyini bildirib.
“Marketdən bir şey aldıqda, yerə təmiz parça səririk və onun üstündə açırıq. Hər şeyi yuyuruq”, - deyə, o bildirib.