Koronavirus epidemiyası xanımların çatışmayan cəhətini üzə çıxarıb.
“HaberGlobal”ın məlumatına görə, bu barədə sosial şəbəkələrin axtarış sistemində son həftələrdə verilən sorğuların analizindən sonra məlum olub.
Belə ki, mart ayında “Google”da “evdə çörək bişirmək” sorğusu 100 dəfə artıb, “YouTube”da bununla bağlı videoları üç milyondan artıq insan izləyib.
Bu da artıq çoxdan unudulan evdə çörək bişirmək ənənəsinin yenidən geri qayıtdığını göstərir.
Qeyd edilir ki, epidemiya ilə əlaqədar evdə təcrid vəziyyətində qalan insanlar özləri bişirdikləri çörəklərin şəkillərini sosial media hesablarından paylaşırlar.