Avtodayanacaqda yanğın: 3500-dən çox avtomobil yandı - VİDEO

Çox sayda avtomobil yanaraq yarasız vəziyyətə düşüb

ABŞ-ın Florida əyalətində yerləşən iri avtodayanacaqların birində yanğın olub. Avtosfer.az xəbər verir ki, insident Florida Beynəlxalq Hava Limanı yaxınlığındakı ərazidə qeydə alınıb.

Məlumata görə, avtodayanacaqda 3500-dən çox park edilmiş kirayə avtomobillər naməlum səbəblərdən yanmağa başlayıb.

Hadisə şahidləri yerli mediaya, yanğın zamanı aralıqlarla partlayış səslərinin eşitdiklərini söyləyiblər.

Alovların söndürülməsinə yerdən və havadan müdaxilələr edilib, yanğın 18 saat sonra ram edilib.

Bildirilir ki, çox sayda avtomobil yanaraq yarasız vəziyyətə düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.