“VAZ " radar dirəyinə çırpılıb, ölən və xəsarət alan var

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzBaku.info xəbər verir ki, bu barədə APA Mil-Muğan bürosuna istinadən məlumat yayıb.

Qeyd olunur ki, hadisə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 21-ci kilometrliyində 99 BP 963 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil radar dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq Şirvan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.