Roza Zərgərli illər öncə ona sponsorluq edən şəxsin adını açıqladı - VİDEO

Cəsarətli açıqlamaları ilə şou əhlinin “kürkünə birə salan” müğənni Roza Zərgərli etirafları ilə gündəmə gəlib.

AzBaku.org xəbər verir ki, sənətçi ATV telekanalında yayımlanan “Üçümüz” musiqili-əyləncəli şousunda “Sizə kiminsə xeyiri dəyib?” sualına müzakirələrə səbəb olacaq cavab verib:

“Həyatımda üç-dörd önəmli şəxs var ki, onlarla bu gün də dostam. Onlar mənim həm sənət, həm də həyat dostlarımdır. İlk klipimin sponsorluğunu Əməkdar artist Gülüstan Əliyeva edib. Bunu illər öncə etiraf edəndə Gülüstan xanım şok keçirdi. “Axı sən bunu niyə söylədin!?” dedi.
Çox zaman sənət adamları belə məsələləri danırlar. O zamanlar maddi sıxıntılarım var idi. Sağ olsun Gülüstan xanım. O, mənə yardım əlini uzatdı. Bu günə kimi onunla dostam. Yaş fərqimiz olsa da, onunla eyni bürcdənik”.



Qeyd edək ki, hazırda evli olan müğənni R.Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyevadır. Müğənninin əkiz övladı olub - Bənövşə və bir oğlan. Oğlan rəhmətə gedib. Övladlığa götürdüyü böyük qızı Natəvan 26 yaşındadır. Corc və Jerar Qafarovlar isə qardaşdırlar.