Avtoxuliqanlığı təbliğ edən səhifələrin sayı artıb
Müxtəlif maşınlarla edilən avtoxuliqanlı videoları, birində qadağan edilmiş işıqlar. Başqa bir avtomobilə də isə qanunsuz siqnal quraşdırılıb.
Bu videoların hamısı sosial şəbəkələrdə, izləyicilərinin böyük hissəsi gənclərdən ibarət olan ''Lada'' adlı yerli səifədə paylaşılıb. Sözsüz ki, avtoxuliqanlığı təbliğ edən bu səifə ən çox elə gənclərə təsir edir. Onlarda qanunsuz əməlləri təkrarlamaq həvəsi oyadır
Bunu elə şəhərdə elədiyimiz sorğu da təsdiqlədi. Hüquqşunas Xəyal Bəşirov deyir ki, sosial şəbəkələrdə səhifələr və ya şəxslər tərəfindən belə videoların paylaşılması və təbliği inormasiya əldə etmək haqqında qanunun tələblərinə ziddir. Qanun birmənalı olaraq bu cür qanunsuzluqların təbliğini qadağan edir.
AzBaku.info Avtosfer.az-a istinadən xəbər verir ki ,İnzibati Xətalar Məcəlləsinə görə, avtoxuliqanlıq edən şəxslər 500 manatdan 4 min manata qədər pul, 2 ilədək sürücülük hüququndan məhrumetmə və 2 ayadək isə inzibatı həbslə cəzalandırıla bilərlər.
İnformasiya əldə etmək haqqında qanunun tələblərini pozan şəxsləri isə 100 manatdan 150 manata qədər cərimə gözləyir.