İsraildə bu gündən etibarən ticarət mərkəzləri, açıq bazarlar və trenajor zalları fəaliyyətini bərpa edib.
TASS xəbər verir ki, müvafiq qərar hökumət tərəfindən karantin tədbirlərinin mərhələli yumşaldılması planı çərçivəsində qəbul olunub.
Buna rəğmən, qərar müəyyən məhdudiyyətləri nəzərdə tutur. Belə ki, 20 kvadrat metr ərazidə bir nəfərdən çox adam olmamalı, iki metr sosial məsafəyə riayət edilməlidir.
Qeyd edək ki, İsraildə mayın 5-dən kitabxanaların, hotel, milli park və zooparkların açılmasına icazə verilib.
Son məlumatlara əsasən, ölkədə 16 310 şəxsin koronavirusa yoluxduğu aşkar edilib. 556 nəfər virusun qurbanı olub.