İş adamları biznesləri üçün dəfn mərasimi keçirdilər - VİDEO

İş adamları biznesləri üçün dəfn mərasimi keçirdilər - VİDEO









Rusiyada qəribə bir aksiya baş tutub. Belə ki, iş adamları yığışaraq, biznesləri üçün dəfn mərasimi keçiriblər.
Bu barədə 360.tv kadrlar paylaşıb.
Bildirilir ki, video Sverdlovsk vilayətində çəkilib. Zareçnıy şəhərində “Qalaktika” ticarət kompleksinin işçiləri binanın qarşısına tabut gətirərək, vida mərasimi təşkil ediblər.
Aksiya iştirakçılarının sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyət tədbirlərindən sonra biznesləri “ölüb”.