Sumqayıtda bu dövlət qurumunun əməkdaşları koronavirusa yoluxdu - FOTO

Sumqayıtda bu dövlət qurumunun əməkdaşları koronavirusa yoluxdu - FOTO














Sumqayıtda bu dövlət qurumunun əməkdaşları koronavirusa yoluxdu - FOTOSosial şəbəkələrdə Sumqayıt Telekommunikasiya Qovşağının iki əməkdaşının koronavirusa yoluxduğu ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, qurumun koronavirus infeksiyası aşkarlanan əməkdaşlarından biri qadın, digəri isə kişidir. Onların karantinə alındığı deyilir.
Yayılan məlumatlarla bağlı Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovla əlaqə saxladıq.
Nəriman Salmanov Xeberle.com-a açıqlamasında faktı təsdiqləyib: "Qovşağın virusa yoluxan 2 əməkdaşından biri qrip olduğu üçün işə gəlmirdi və müayinə olunub. Koronavirusla bağlı müayinə nəticələri pozitiv çıxıb. Digər yoluxan əməkdaşla təmasda olduğu iş yoldaşları da müayinə olunub və nəticələr neqativ çıxıb. Həmin işçilərin otaqları və ümumilikdə qovşağın daxili, ətraf yenidən dezinfeksiya olunub”.
Qeyd edək ki, rəsmi məlumata görə, Sumqayıtda indiyədək 250 nəfər koronavirusa yoluxub.