Kürdəmirdə 20 yaşlı gənc süni göldə boğulub
Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bu barədə məlumat verilib.
B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.