“Qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə yoluxmalar az miqdardadır” ÖZƏL-MÜNASİBƏT

“Qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə yoluxmalar az miqdardadır” ÖZƏL-MÜNASİBƏT












Dünyada tüğyan edən bu koronavirus Azərbaycandan da yan keçməyibdir və Prezidentimiz ali baş komandan Cənab İlham Əliyev, birinci xanım Mehriban xanım Əliyeva bu məsələ ilə o qədər yaxından məşğul olur, o qədər təbliğat aparır ki, hətta Gəncədə açılan modul tipli xəstəxanada, ümumiyyətlə Azərbaycanda açılan modul tipli xəstəxanalarda Cənab Prezidentin çıxışı elə bir növ təbliğatdır insanlarımız üçün. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai Birliyin sədri qeyd edib ki, biz də bir QHT olaraq hər zaman, hər yerdə, hətta sosial şəbəkələrdə belə təbliğatımızı qururuq. “Görüşlərdə olarkən, insanlarla görüşərkən social məsafəyə mütləq riayət etmək lazımdır. Mütləq spirtdən, tibbi maskalardan istifadə etmək vacibdir. Biz indi hamımız evdəyik, amma bayıra çıxan kimi hamının maskası olmalı və ondan istifadə etməlidir ki, qorunsun. Təbliğatımızı da qurmalıyıq, insanlar bilsinlər ki, tibbi maskanın birinci önəmi var.

Əgər bu gün deyirlərsə ki, evdə otur, çölə çıxma, bu bizim üçün, insanlarımız üçündür. Ona görə də biz qərarlara, tapşırıqlara, qanunlara riayət etməliyik ki, tezliklə bu dərd-bəla üzərimizdən çəkilsin. Cənab Prezident hətta hər zaman görüşlər keçirəndə, insanlarla görüşəndə də mütləq təbliğatını aparır. QHT-lər də bu işə yaxından qoşulublar və təbliğat aparırlar. Biz özümüz də hər zaman bu təbliğatı aparırıq bu istiqamətdə. İstər avtobuslarda olan sərnişinlərlə, istər mağazaya daxil olarkən, özüm dəfələrlə söhbətlər aparmışam ki, hər zaman tibbi maskalardan, spirtlərdən istifadə edilməli, gigiyenik qaydalara əməl edilməlidir. Bu ən azından özümüzün şəxsi mühafizəmiz, gigiyenamız üçün vacibdir.

Dünyada tüğyan edən bu koronavirusun Azərbaycanda vaxtında qarşısının alınması, vaxtında müdaxilə, qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə şükürlər olsun ki, yoluxmalar az miqdardadır", deyə Mehriban Abdullayeva bildirib.