Ermənistanda yetişdirilən süni “Azərbaycan Türkləri”
Ermənistanda yetişdirilən süni “Azərbaycan Türkləri”
Bütün bunlar bəzi yaşlıların təriflədiyi sovet dövründə baş verirdi. Bəs hazırda Azərbaycanda belə “türklər” varmı?
(Famil Hüseynovun “Ana gördüm gözü yaşlı” kitabından qeydlər)
Müəllif bu kitabında 1968ci ildə, Kislovodsk şəhərində evində kirayə qaldığı bir erməninin dəhşətli etirafları haqqında yazır:
“… Mən və həyat yoldaşım putyovkasız getdiyimiz üçün kirayədə qalmağı təklif etdilər. Bir nəfər qadın təmiz Azərbaycan dilində bizə müraciət edərək onların evində qalmağı təklif etdi. Özü də güzəştlə. Bizi aparan qadın erməni imiş. O, bizi böyük bir mülkə gətirdi. Qadın burada ancaq özü və birdə illər boyu yataq xəstəsi olan həyat yoldaşı ilə yaşadığını bildirdi. O günün axşamı mən xəstə ilə görüşə getdim. O məni görəndə çox sevindi. Və mən hiss etdim ki, o, mənə nə isə demək istəyir. Ancaq çətinlik çəkir.O, təmiz, aksentsiz, Azərbaycan dilində Nizaminin, Füzulinin qəzəllərini, hətta Cavidin gözəl-gözəl beytlərini deyirdi. Oturub saatlarla ona qulaq asmaqdan doymurdum. Özüm özümü lənətləyirdim ki, mən niyə bu cür hazırlıqlı deyiləm. Artıq mən dözməyib soruşdum:
— Siz bu cür gözəl danışığı, bu cür qəzəlləri hardan bilirsiniz?
— Mən məktəbi türkcə qurtarmışam. Quranı da yaxşı oxuya bilirəm.
O yenə gözlərini dikib nə isə demək istəyirdi. Sözünü saxladı, bir qədər xəyala getdi. Gözündən yaş tökülərək, boğuq bir səslə tarixi və insanları lənətlədi. Artıq mən söhbəti davam etdirməyib xudahafizləşdim. Adətim üzrə axşam yenə xəstəni yoxlamğa getdim. O məni gözləyirmiş kimi sevinclə oturmağımı xahiş etdi. Çox narahat idi. Nə isə demək istəyirdi. Lakin elə hiss edirdi ki, kimsə eşidə bilər. Yastığının altından əskiyə bükülmüş pasport çıxardıb mənə tərəf uzatdı və dedi:
— Bu yaxınlarda ölüb gedəcəm, bu sirri ilk dəfədir ki, sənə açıram. Qoy gora rahat gedim, bilim ki, heç olmasa, mən heç bir alçaqlıq etməmişəm. Ancaq mən doğulduğum günə, mühitə lənət yağdırıram.
Pasportunun bir tərəfi türkcə yazılmışdı. Atasının adı, familiyası, doğulduğu yer:
Ermənistan SSR. Spitak şəhəri, 1914cü il. Səfərov Aydın İbrahim oğlu.
Mən artıq dəli olmuşdum. Demə bu əzab çəkən insan bizim Azərbaycanlı imiş. Mənim buna heç bir şübhəm qalmamışdı. O, diqqətlə üzümə baxıb dedi:
— Yox, siz fikirləşdiyiniz kimi deyil. Mən həqiqətən erməniyəm. Özü də qatı ermənipərəst daşnak partiyasının üzvüyəm. Gənc yaşlarımızda ikən bizim uşaqbeynimizi korlayıb, sizə, sizin millətə qarşı kin-küdurət yaratmaq üçün tam şüurumuzu, əqlimizi alıb sizə nifrət hissi ilə böyüdüblər. Bunu mənim deməyim çox vacibdir.
Bizim Spitak şəhərində xüsusi, tam qapalı məktəb vardı. Adını “Erməni xalqının xoş gələcəyi ” adlandırırdılar.Bütün ətraf mühitdən ayrılmışdıq. Heç kəslə əlaqə saxlamır, hətta ata-ana nəvazişindən belə uzaq olmuşuq. Bizi 5-ci sinifə qədər oxutdurdular. Ermənilərə qarşı Türklərin etdiyi soyqırımları, türklərin vəhşi kimi uşaqları necə diri-diri ocaqda bişirmələrini, onları vəhşi kimi yediklərini, erməni qızlarından növbə ilə öz şəhvətlərini söndürmək üçün istifadə etmələrini elə əyani sürətdə bizə izah edirdilər ki, biz bəlkədə həmin vaxtlar küçədə bir türk görsəydik, onu tikə-tikə doğrayıb qanını içsəydik,yenə də ürəyimiz soyumazdı. Artıq bizə erməniliyimizi dərk etdirdilər. Gələcəkdə türklərdən necə qisas almaq lazım olduğunu öyrətdilər. Sonra isə həmin məktəbin binasında bizi Türk məktəbinin 1-ci sinifinə qoydular. Bizə şəriət dərsləri deyir və müsəlman adət-ən-ənələrini mükəmməl öyrədirdilər və deyirdilər ki, əgər bunları yaxşı öyrənib özünüzü müsəlman kimi aparsanız, onda həmin türklərdən ata-babalarımızın qanını ala bilərik. Hətta bizi gecələr uçuq evlərdə tikə-tikə doğranmış adamların yanına aparıb deyirdilər: “Baxın görün sizin ata-babalarınızı türklər necə doğrayıblar ”. Onları görəndə biz alovlanıb yanırdıq. Ürəyimizdə nə vaxt böyüyüb Bakıda-Azərbaycanda o qanları necə alacağımız barədə fikirləşirdik. Mənim ən böyük dəhşətli günüm, kaş o günü görməyəydim, ata-ana nəvazişindən məhrum olan günüm idi. 7 yaşımda, yəni 1921ci ildə mən bu nəvazişdən məhrum idim. Hər gecə ata-anamı xəyalımda canlandırırdım. Lakin mənim o dəhşətli anlarım sizlərə, yəni türklərə nifrətimi artırırdı.
1928ci il, 14 yaşında ikən bir payız axşamı bizi bir neçə nəfərlə yeni, yəni türklərin növbəti vəhşilikləri ilə bağlı səhnəyə baxmağa aparmışdılar. Birdən 7 yaşa qədər ata-ana nəvazişi gördüyüm bir ev, bunun divarları qan içində, anamın, atamın meyidləri bir tərəfdə, bacımı işgəncə ilə öldürdüklərini gördükdə mən özümü saxlaya bilməyib yıxıldım. Gözümü açanda artıq özümü çarpayıda, başımın üstündə isə mənə dərs deyən müəllimimi gördüm.Mən evimizə gedirəm-deyə nalə çəkdim. Onlar isə mənə əhəmiyyət verməyib dedilər. Bax görürsən, türklər bizim başımıza nələr gətirir. Artıq məndə türklərə qarşı o qədər nifrət yaranmışdı ki, dözə bilmirdim. Ancaq onlar bizə özümüzü sakit aparmağı tövsiyyə edirdilər. Hətta müsəlman adəti ilə bizi sünnət də etdirdilər. Artıq biz orta məktəbi qurtardıq.Bizə türkcə yazılmış pasport verib Bakıya instituta daxil olmağa göndərdilər. Artıq mən nəfəs belə ala bilmirdim, cünki harda bir türk gördüm- özümdə belə olmurdum. Çox asanlıqla qəbul imtahanlarını verib oxumağa başladım. Bizə xüsusi göstəriş verməli idilər. Yəni hansı təxribatları və kimin üzərinə dirənməyi, yaxud hansı müəllimin Sovet hakimiyyətinin əlehinə danışmasını. Əlbətdə mən və bir neçə “türk” (bəlkə də onlar da bizim məktəbin yetişdirmələri idi) bir neçə ziyalının üzünə durduq. Onlar elə birdəfəlik getdilər.
Müharibə başlandı. Lakin bu dövrdə heç bir türk tapılmadı ki, bizə deyilən kimi qan içən olsun. Hamısı bizə qayğı ilə yanaşır, xeyirdə-şərdə hamı bir-birinin əlindən tuturdu. Bunları hiss etdikcə məndə başqa fikirlər yarandı və uşaqlıqda aldadıldığımızı dərk etdim. Qəfil müharibə başlandı və Bakıdan müharibəyə yola düşdüm. Mənə tez-tez göstəriş gəlirdi ki, hansı türkü “vurmalıyam”, hansına şər atmalıyam. Nəhayət, Həzi Aslanovun briqadasına apardılar və dedilər ki, Həzi Aslanovu vurmalısınız, hamımız əmrin icrasına razılıq verdik. Ancaq oğul, bax bu oxuduğum Quran haqqı onu biz vurmadıq. Ancaq Daşnaksutyun partiyası həmin məktəbin başqa məzunlarından birinin əli ilə Həzi Aslanovu öldürə bildilər. Mən 1947ci ilədən Bakını və onun sadə qəlbli, hər şeyə tez inanan qayağıkeş insanlarını qoyub buraya gəldim. Ancaq etdiyimiz o pisliyi, ata-anamı, bacımı Daşnaksutyun partiyasının əməlləri ilə öldürməkləri məni məni əbədi yorğan-döşəyə saldı. Mən çətinliklə də, olsa yenidən öz ata-baba familiyama qayıtdım. 1965ci ildən pasport aldım. Avanesyan Qurqen Samveloviç. İndi ürəyimi açıb sizə dedim. Sizin millətin içərisində elə adamlar var ki, həmişə sizə qəbir qazır, sizin aranıza həmişə nifaq salır. Siz isə sadəlövh adamlarsınız, belələrinə inanıb arxasınca getsəniz, yenə 1905-18-20ci illərin bəlalarına düçar ola bilərsiniz. Artıq ölsəm də, heç nədən narahatçılığım ola bilməz. Erməninin bu cür danışığını kimdənsə eşitsəydim, bəlkə də, inanmazdım. Boş şeydir- deyə onlara fikir verməzdim. Həmişə mənə deyirdilər ki, milli məsələyə toxunmayın, güclə qulağımız dincəlib. Nəhayət, son hadisələt göstərdi ki, həmin Spitak məktəbinin törəmələri öz rollarından çox məharətlə istifadə edib bizi tora salıblar…
Rashada Moen: