Yasamal rayonunda sakinlərin etirazı-Video

Yasamal rayonunda sakinlərin etirazı-Video








Hər kəsə yaxşı məlumdur ki,bu fani həyatda hər bir varlığın öz xüsusiyyəti və öhdəçiliyi vardır. Amma bəşərin ən ali varlığı hesab olunan insan bir çox hallarda xüsusiyyətlərini dəyişir və öhdəliyinə biganə yanaşır. Bu cür hallar isə sonunda acı və ağır fəsadlara gətirib çıxarır. Təbii ki,insan sözü mənaca unutqan deməkdir. Görünür,bu cür unutqanlıq insanın genetikasına xas bir əlamətdir. Məhz elə bu səbəbdəndir ki,bu gün bəhs edəcəyimiz mövzu öhdəçiliyinə biganə yanaşan Yasamal rayon İcra başçısı Elşad Hüseynov barəsində olacaqdır.

Xatırlayırsınızsa təxminən bir ay öncə "DogruXeber.az” informasiya agentliyinin buraxlışlarının birində Yasamal rayon Yeni Yasamal 2 ərazisində yeni təmir-bərpa olunmuş park haqqında məlumat dərc edilmişdir. Hətta həmin vaxt yerli sakinlərdən aldığımız məlumata görə dərc edilmiş məlumatdan sonra rayon İcra başçısı E.Hüseynov qeyd edilən məsələ ilə yaxından tanış olması üçün sözügedən ərazidə olmuşdur. Aldığımız məlumata görə rayon rəhbəri yaranmış problemin qısa bir vaxtda həll olunacağına vəd verərək sakinlərə səbrli olmağı tövsiyə edib.

Nəzərinizə çatdıraq ki,İcra başçısının verdiyi vəddən artıq iki aya yaxın vaxt keçib və hələ də insanların istirahəti üçün nəzərdə tutulmuş və müasir standartlara uyğun təmir-bərpa olunan gözoxşayan park hələ də qaranlığa qərq olmuş vəziyyətdədir. Bəs görəsən kiçik bir məsələnin uzun müddət öz həllini tapmamasına səbəbi nədir? Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə,parkda yaranan problemlə bağlı iki İcra başçısı arasında böyük narazılıqlar yaranıb. Bildiyiniz kimi,Yasamal rayonunda ən qısa müddətdəli İcra başçısı vəzifəsində çalışan Əziz Əzizov olmuşdur. Amma qısa müddət olmasına baxmayaraq böyük işlər həyata keçirmişdir.

Danılmazdır ki,qeyd etdiyimiz ünvanda illərlə "xaraba” qalmış parkı müasir üslubda təmir-bərpa etdirən məhz Ə.Əzizov olmuşdur. Amma burada haşiyədən kənara çıxaraq bir neçə məsələləri diqqətinizə çatdırmağı daha məqsədə uyğun hesab edirik. Məlumunuz olsun ki,Cəlilabad rayonunda uzun müddət İcra başçısı işləmiş və sonradan Yasamal rayonuna təyin olunmuş Ə.Əzizov bu vəzifələrdən öncə biznes sahəsində uzun illər çalışıb və "idarəçi”liyi də məhz bunun üçün çox yaxşı bacarır. Əlbəttə ki,”idarəçi”liyi bacarır dedikdə vəzifədə olduğu müddət öz biznesini qurub və şəxsi çıxarlarını yer-yataq etməyi nəzərdə tuturuq. Elə bu səbəbdəndir ki,iki icra başçısı arasına yaranan konflikt öz həllini tapmadığı üçün zülmət qaranlığa qərq olan park işıq üzünə həsrət qalıb.

Yuxarıda qeyd etmişdik ki,Ə.Əzizov Yasamalda qısa müddət çalışmasına baxmayaraq böyük işlər görmüşdür. Bəli,o görülən böyük işlər arasında özünə aid əmlakların da inşa olunması heç kəsə sirr deyil. İnşa olunan obyektlərdən bir neçəsi də sözü gedən parkda və ona yaxın ərazidə inşa olunmuşdur. Əslində bizim məqsədimiz Ə.Əzizovun mülklərini üzə çıxarmaq deyil,amma bu günki yaranan problem bir başa onların inşası ilə əlaqələndirildiyi üçün qeyd etmək məcburiyyətindəyik. Bilirsiniz ki,parkın işıqlarının yanmamasının əsas səbəbi sözügedən ərazidə istifadə olunan elektrik enerjisindən təxminən beş (5) minə yaxın borcun yaranmasıdır. Borca görə də Azərişıq ASC-ti yaranmış borcun ödənilmədiyi üçün elektrik enerjisinin təminini dayandırmışdır. Yaranmış mövcüd halla bağlı əhali iki aya yaxındır əziyyət çəkir və çəkməkdə də davam edirlər. İndi isə gələk iki İcra başçısı arasında yarannan konfliktə. Deyilənlərə görə hörmətli gənc İcra başçısı Elşad Hüseynov parkda yaranan işıq borcunu müəyyən etmək üçün tabeliyində olan işçi heyətinə göstəriş verərək bildirib ki,yaranmış borcu müəyyən edin və mənə məruzə edin. Başladılan araşdırmalardan sonra istifadə olunan elektrik enerjisinin parkın təmirindən əlavə olaraq obyektlərin inşası zamanı işlənildiyi üçün yaranan borcun kim tərəfindən odəniləcəyi müəmmalı olaraq qalmışdır.

Təbii ki,burada açıq-aydın məlum olur ki,gənc İcra başçısı E.Hüseynov Suraxanı İcra başçısı Ə.Əzizovla yaranmış vəziyyəti həll edə bilmir. Hər zaman fikirlərimizi açıq-aydın ifadə etmişik və bir daha da təkrar edirik ki,gənc və savadlı olmaqla deyil,insanın idarəçilik potensialı olmasa gənclik və savadın bir önəmi yoxdur. Əlavə olaraq onu da diqqətinizə çatdırmaq istəyirik ki,yaranmış məsələ ilə bağlı redaksiyamıza müraciət edən sakinlərin böyük əksəriyyəti yeni İcra başçısı E.Hüseynovun idarəçiliyindən narazılıqlarını bildiriblər. Onların sözlərinə görə gənc icra başçısı,təyin olunduğu gündən etibarən otaq mühitinə üstünlük verərək rayonda olub bitənlərdən xəbərsizdir. Xəbərdar olduğu məsələləri isə həll etmək iqtidarına malik deyil.

Məsələyə qayıdacağıq..!!