Ramiz Mehdiyevin “Təzadlar” qəzetinə verdiyi açıqlaması dövlətimizə olan böyük təhlükələrdən xəbər verir.
O, :”..Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər...”deyib.
Ramiz Mehdiyev onun əleyhinə danışan çox saylı adamlar haqda nə deyə bilər ki, aləm bir birinə deysin ve o adamlar Azərbaycanı tərk etməli olsun. Mən belə düşünürəm ki, Ənveroviç dediyi adamların cinayətdə əlləri var və bu cinayətlərdən Xarici kəşfiyat orqanları xəbərdardır. Eyni zamanda nəzərə alsaq ki, danışmayan, susan dövlətin ali quruluşlarında Ramiz Mehdiyevin çörək verdirdiyi adamlar var ki, onlar qorxudan susur və qorxudan danışmır. Danışanların və danışmayanların dövlətin ali quruluşlarında olması, Azərbaycan dövlətinə ciddi təhlükə olmasından xəbər verir. Bu adamların cinayətlərini özeliklə Rusya kəşfiyat orqanları bilmə ehtimalı olduqca çoxdur və dövlətimiz təhdid altındadır. Dövlətə xəyanət göz önündədir. Ramiz Mehdiyev bu adamları tanıdığı və cinayəti gizlətdiyi üçün cinayətdə ittiham olunmalı, təcili sorğulanmalıdır ki, dövlətə qarşı kütləvi cinayətlərin qarşısı alınsın.
Respublika Prokrorluğu ve Təhlükəsizlik orqanları təcili əməli fəaliyətə keçməyə borçludur. Əks davranış, dövlətimizə daha ciddi təhlükələrin olmasının xəbərçisi olacaqdır.
Cahandar Bayoğlu
Turan Partiyası G. Başqanı