Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
Bakı Apellyasiya Məhkəməsində Tofiq Yaqublu barədə həbs qətimkan tədbiri dəyişdirilib.
Report xəbər verir ki, bu gün baş tutan məhkəmə prosesində verilən qərara əsasən, T.Yaqublu ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.