Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi - YENİLƏNİB

Ağdaşda intihar edən şagirdin ölümündə "Mavi Balina" izi aşkarlanıb.

AzBaku.info xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Ağdaş rayonu Nehrəxəlilli kənd bələdiyyəsi sədrinin müavini 7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun intiharı haqda danışarkən deyib.

Onun sözlərinə görə, 12 yaşlı oğlanın dəqiq hansı səbəbdən intihar etməsi məlum deyil:

“Amma kənd cammatının dediyinə görə, uşaq hansısa intelektual oyun oynayırmış və valideynləri də onu oyuna girməyə qoymayıb. Yəni belə səbəbdən olduğu deyilir. Amma mən indi xəstəxanaya gedirəm. Dəqiq məlumatı yəqin orda biləcəm”.

Qeyd edək ki, mətbuatda Ağdaş rayonunun Ləki qəsəbəsində 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlovun yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar etdiyi barədə məlumat gedib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.

10:40

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

AzBaku.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.