Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA
“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə nəticəsində əsir düşən şəxslərə baş çəkir”.
AzBaku.org xəbər verir ki,bunu Oxu.Az-a açıqlamasında BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin azad olunması ilə bağlı qərar münaqişə tərəflərindən asılıdır:
“Komitə bu qərara təsir edə bilmir. BQXK tərəfi, sadəcə, münaqişə tərəfləri əsirləri azad etmə ilə bağlı qərar qəbul etdikdə, digər tərəf həmin şəxsi qəbul etməyə razılıq verərsə, eyni zamanda, əsir düşən şəxsin özü də qayıtmaq arzusunu bildirdikdə əməliyyatın keçirilməsinə dəstək verir”.
“Saxlanılan şəxslər barədə məlumatlar ailə üzvlərinə verilir”, - deyə komitə rəsmisi qeyd edib.