Peşəkar həkimin xəstələrə olan yüksək diqqət və qayğısı-Foto

Peşəkar həkimin xəstələrə olan yüksək diqqət və qayğısı-Foto


















Bu gün ölkəmiz iki düşmənlə mübarizə aparır. Bir cinahda qəsibkar və terrorçu ermənilər,digər cinahda olan isə gözə görünməz və acımasız Covid-19 pandemiyasıdır ki,insanların həyatına qəsd üçün fürsət axtarır. Acımasız düşmənlərə qarşı aparılan mücadilədə həkimlərin rolu əvəzolunmazdır.

Bildiyimiz kimi 30 ilə yaxın düşmən taptağı altında qalan tarixi və əzəli torpaqlarımız müzəffər ordumuzun şücaəti və cəsarəti nəticəsində cəmi 44 gün ərzində terrorçu ermənilərdən təmizləndi. Bu cəbhədə də canı-qanı bahasına qorxmadan xidmət aparan həkimlərimiz,saysız hesabsız yaralı igidlərimizin həyatda qalmaları üçün mübarizə apardılar. Hətta,bu tarixi mübarizədə peşəsinə bağlı olan həkimlərimizdən bir neçəsi şəhidlik zirvəsinə ucaldı.

Bu gün sizlərə təqdim edəcəyimiz şəxs məhz o həkimlərdəndir ki,əvəzsiz xidmətləri,insani keyfiyyətləri və ən əsası isə yüksək biliyə sahib olan peşəkar həkim Zahir Məmmədov olacaqdır. Zahir həkimin muayinə və müalicə etdiyi xəstələr,hər zaman onun peşəkar mütəxəssis və ən üstün insani keyfiyyətlərə malik bir şəxs olduğunu söyləyirlər.
Peşəkar həkimin xəstələrə olan yüksək diqqət və qayğısı-Foto


Hazırda Zığ qəsəbəsində FHN-nin modul tipli Hospitalında həkim kimi çalışan Zahir Məmmədov Covid-19 virusuna yoluxmuş xəstələri müalicə edir. Covid-19 pandemiyasına yoluxan Etibar Məmmədov redaksiyamıza verdiyi müsahibə zamanı bildirib ki,Zahir həkimin sayəsində tamamilə əvvəlki sağlığıma qovuşdum. Məhz bu səbəbdən Etibar Məmmədov yenidən sağlığına qovuşduğu üçün,redaksiyamız vasitəsilə Zahir həkimə sonsuz təşəkkürünü bildirib. Biz də öz növbəmizdə Zahir həkimi və onun timsalında səhiyyə sistemində çalışan bütün həkim və tibb işçilərinə dərin təşəkkürümüzü bildiririk. Nə yaxşı ki,sizlər varsınız...