Tibb mərkəzindən vaksinlər oğurlanıb: İstintaq başladı

Tibb mərkəzindən vaksinlər oğurlanıb: İstintaq başladı










Çilidə prokurorluq koronavirus peyvəndlərinin oğurlanması faktı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə “BioBIoChile” radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, tibb mərkəzindən Çinin “Sinovac Biontech” şirkətinin istehsalı olan 40 vaksin oğurlanıb.

Çilidə hazırda kütləvi şəkildə COVID-19 peyvəndinin vurulmasına başlanılıb.

Birinci mərhələdə yaşlılar və həkimlər peyvənd olunacaq.