Azərbaycan Respublikasının Dövlət Gömrük komtəsinin yeni binası
Cavanşır Həsənlinin FB sosoil şəbəkə səyifəsindən
Hökumətdə oturanlar adətən Rusiya ilə müqayisəni sevirlər deyə müqayisəni Rusiya ilə aparıram. Rusiyanın 150 milyona yaxın əhalisi, 17 ölkə ilə birbaşa sərhədi var, iki qitədə yerləşir. Federal Gömrük Xidməti büdcəyə ildə 5728,96 milyard rubl (130 milyard manatdan artıq) köçürür, amma beşmərtəbəli binada fəaliyyət göstərir.
Rusiyadan ərazisi 200 dəfə kiçik, əhalisi 15 dəfə az olan Azərbaycanın Dövlət Gömrük Komitəsinin büdcə köçürmələri 4 milyard manata çatmır, di gəl ki, 7 mərtəbəli bina Səfər Mehdiyeva dar gəlir. Gömrük Komitəsi hansı gününə 30 milyon manata başa gələcək 17 mərtəbəli binada oturmalıdır?!
Qonşu Gürcüstanda gömrük xidməti Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin nəzdində departament kimi fəaliyyət göstərir.
Ümumiyyətlə dünyanın bir çox ölkələrində gömrük xidmətinin fəaliyyəti dövlət maliyyə və ya vergi orqanlarının nəzdində department səviyyəsində tənzimlənir.