SON DƏQİQƏ! Azərbaycanın məşhur idmançısı həbs edilib




Azərbaycanda tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarov həbs edilib.
azbaku.org xəbər  verir  ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham olunur.
İstintaq müəyyən edib ki, Elman Muxtarov ötən il Bakıda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlayıb. Bir neçə ay sonra isə həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu bir neçə dəfə yumruqla vuraraq bədən xəsarətləri yetirib. Evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. Barəsində şikayət olunduqdan sonra ötən ay həbs olunub. Hazırda Elman Muxtarovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.