“Bakubus” avtobusu qəzaya düşdü


Bu gün Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Nizami rayonu Qara Qarayev prospektində “Bakubus” MMC-yə məxsus 44 saylı marşrut xəttinin avtobusu ilə “Kia Ceed” markalı minik avtomobili toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.