Eşşək piyada keçidini insan kimi keçdi


Sosial şəbəkələrdə yayılan video maraqlı müzakirələrə səbəb olub.
Görüntülər Ələt-Astara yolunda qeydə alınıb.
Görüntülərdə heyvan olmasına baxmayaraq, eşşəyin yol hərəkəti qaydalarına riayət edərək piyada keçidindən istifadə etdiyi görünür.
Videoya şərh yazan istifadəçilər bəzi piyadaları eşşəkdən nümunə götürməyə səsləyib.