Gözlərimiz neçə il yaşayacağımız barədə xəbər verirmiş


İngiltərəli bir qrup mütəxəssisin apardığı elmi araşdırmalar belə deməyə əsas verib ki, göz retinası (göz bəbəyinin arxasında yerləşib işığı qəbul edən toxuma) insanların sağlamlığı və neçə il yaşaya biləcəyi haqqında məlumat verir. Alimlərin dediyinə görə, retina da insan kimi zaman içində qocalır. Lakin retinası bioloji yaşından daha qoca olan insanların ömrü qısa olur.
11 il ərzində 40- 69 yaş qrupu üzrə 47 min insan arasında aparılmış araşdırmalar göstərib ki, 20 nəfərdən birində retina bioloji yaşı 10 il qabaqlayır və belə insanlar öz yaşıdlarından daha tez qocalıblar.
Alimlər bildiriblər ki, retinanın tez yaşlanmasına bir sıra xəstəliklər səbəb olur. Bunun da başında əsəbilik dayanır.