Bu gün Bakunews.az saytında dərc edilən “İsmayıllı icra başçısından ağlasığmaz tələb – VİDEO” sərlövhəli yazıyla bağlı rayon icra hakimiyyətinin nümayəndələrindən birinin elektron adresi ilə guya ki, yazıda qeyd edilən və yazıya əlavə edilmiş videonun yalan olması ilə bağlı təqzib xarakterli məktub ünvanlanıb. İlk növbədə onu qeyd edim ki, “***5555” telefon nömrəsi ilə əlaqə saxlayan İsmayıllı rayon icra başçısı Mirdaməd Sadıqov redaksiyanın rəhbərinə bildirib ki, Hacı adlanan kişi əslində ermənistan qaçqını yox kürddür və o şəxslər mənə deyil 9 il bundan əvvəl ki başçıya müraciət ediblər. Bu gün milli-irq zəmində ayrıseçkilik salan başçı yəqin ki, Azərbaycan Respublikasının Konstitusiyasından xəbəri yoxdur. Konstitusiya ya görə, heç kəs milli, irq, dini, siyasi və s. baxışına görə təqib oluna bilməz. Çünki, bu xalqlar birləşib dövləti təşkil edirlər. Bir rəhbərin yayılmış
məlumatla bağlı bu cür çirkin oyun qurması cəmiyyət tətrəfindən heç də birmənalı qarşılanmamaqdadır.
İsmayıllı rayon icra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Azər Həsən oğlu Bədəlovun hazırladığı “1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunaraq İsmayıllı rayonunda məskunlaşmış sakinlərin “Kütləvi İnformasiya Vasitələrinə”" sərlövhəli müraciəti ilə icra başçısı M.Sadıqovun dedikləri tamamilə üst-üstə düşməyən mövqe sərgiləməkdədir. A.Bədəlov göndərdiyi müraciətin məhz icra hakimiyyəti tərəfindən hazırlanaraq özlərinə yaxın və ya münasibətləri olan şəxslərə imzaladaraq sənədin surətini Bakunews.az-ın elektron ünvanına göndərməsi də buna subutdur.
Müraciətdə qeyd edilən “Video qeyri-obyektiv çəkilmiş, deyilənlər həqiqəti əks etdirmir” ifadələri nəyə xidmət edir, cənab Azər Bədəlov...? Siz daha sonra qeyd edirsiniz ki, guya kəndlərin yolu yenidən qurulub, yeni su xətti çəkilib, yeni məktəb binası, kənddə ehtiyacı olanlara ev tikilib. Çox gözəl. Əgər, bu işlər görülübsə təqdirəlayiq hesab etmək olar. Amma bu məmurlar unudurlar ki,onların vəzifəsi bu işləri görməkdən ibarətdir və vəzifəyə təyin olarkən xalqa xidmət üçün görəvləndirilirlər. Yenə də olsun, bu məslənin mövzuya aidiyyatı yoxdur. Aidiyyatı olmasa belə, A. Bədəlov heç olmasa bunları subut edəcək bircə dəlil-sübut göndərəydi. Təəssüf ki, müraciət formasını belə düzgün doldurulmadan redaksiyamıza ünvanlamışdır.
Xatırladaq ki bir neçə gün bundan əvvəl İsmayıllı rayon sakinləri ilə bağlı yazı dərc edilmişdir. Yazıda qeyd edilirdi ki, Mirdaməd Sadıqov: “Ermənistandan gəlmisiz çıxın gedin ora”İsmayıllı rayon icra başçısı Mirdaməd Sadıqovun Realliq.org saytında gedən “İsmayıllıda etiraz” – başlıqlı yazıdan sonra narazılıq bildirməsi və əməkdaşlarımızı yalan məlumat yaymaqda ittiham etməsinə cavab olaraq apardığımız araşdırmaların nəticəsini təqdim edirik.Xatırladaq ki, İsmayıllı rayonundan Realliq.org-a olunan müraciətlərdən sonra rayonda olduq. Rayon sakinləri icra başçısının fəaliyyətindən narazı olduqlarını bildirməklə, onların yaranmış sosial problemlərinə biganə münasibətdən bəhs etdilər. Rayonun Qalagah və Üştal kənd sakinləri qışın sərt tələbləri ilə üzləşiblər. İcra hakimiyyətinə üz tutub dərdini deyən insanlara isə, Mirdaməd Sadıqov: “Ermənistandan gəlmisiz ora da qayıdın” – cavabı verib.İsmayıllının Sultankənd, Üştal, Qalagah kənd sakinləri ilə söhbətimizi və gördüklərimizi video çəkiliş vasitəsilə lentə aldıq. Kəndlərə qaz yanacağının verilməməsi insanları çətin duruma salıb. Məktəblərdə dərslərin keçirilməsinə yaranan problem rayon rəhbərliyini narahat etmir. Vətəndaşlar evlərini qızdırmaq üçün meşələrə üz tuturlar və nəticədə yaşıllığın məhv edilməsinin qarşısını almaq çətinləşir. İcra başçısının qəbulunda olmaq isə heç bir problemi həll etmir.Kəndlərdə olduğumuz zaman icra başçısının biganə münasibəti nəticəsində artan narazılıqların şahidi olduq. İnsanlar ölkə başçısına müraciət edərək özbaşınalıqların qarşısının alınmasını xahiş edirdilər. Onların müraciətini növbəti yazıda qiqqətinizə çatdıracağıq.Onu da qeyd edim ki, İsmayıllı rayon icra başçısı və müavinləri rayonun bir sıra yerlərində özlərinə gəlir mənbəyi olan obyektlər tikiblər . Təkcə icra başçının müavini Mahud Süleymanovun “Planet” istirahət mərkəzini görmək yetərlidir. Milyonlar hesabına başa gələn “Planet”in 300-500 manat maaş alan bir məmur tərəfindən tikilməsi İsmayıllı icra hakimiyyətinin əsl fəaliyyətini aşkara çıxarır. Bu barədə Realliq.org-da ətraflı məlumat verəcəyik.Yuxarıda qeyd etdiyimiz kimi, Mirdaməd Sadıqovun biganə münasibəti nəticəsində İsmayıllıda artan problemlər sadə insanları narahat edir. Respublikanın aidiyyatı qurumlarının baş verənlərə münasibət bildirəcəyinə ümid edərək rayonun Üştal və Qalagah kəndində çəkilmiş və realliqları əks etdirən video görüntünü təqdim edirik.