2035-ci ildən etibarən Avropa İttifaqı ərazisində daxili yanma mühərrikləri və benzin və dizel yanacağı ilə işləyən minik avtomobillərinin satışı qadağan ediləcək. Bununla bağlı Avropa Parlamenti Avropa Komissiyasının təklifini təsdiqləyib.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) direktoru Eyyub Əliyev bu qərarın Azərbaycan bazarına təsirini şərh edib. O bildirib ki, Avropa mediasında daha əvvəl 2030-cu ildə benzin və dizel yanacağı ilə işləyən minik avtomobillərinin satışının qadağan ediləcəyi deyilirdi, sonra isə bu dövr 2035-ci ilə qədər çəkildi:
“İndiki gömrük şərtlərini nəzərə alsaq, köhnə avtomobillərin Azərbaycana axınının olacağını deyə bilərik ki, bu da qiymətləri aşağı endirəcək. “İkinci əl” avtomobil bazarının genişlənməsi isə yeni avtomobillərin satışının qarşısının alınmasıdır. Nəzərə alsaq ki, benzin və dizel mühərrikli avtomobillər üçün bank şərtləri qəlizdir, bu, da yeni avtomobillərin alınmasına maneə yaradır. Güman olunur ki, Avropada 2028-2029-cu illərdən sonra köhnə avtomobilləri ölkələrindən utilizasiya etmək istəyəcəklər. Həmin vaxta qədər Azərbaycanın avtomobil parkı ilə bağlı strategiyası dəyişə və avtoparkı yenilənərsə, biz köhnə avtomobillərin məzarlığına çevrilmərik”. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) direktoru Eyyub Əliyev bu qərarın Azərbaycan bazarına təsirini şərh edib. O bildirib ki, Avropa mediasında daha əvvəl 2030-cu ildə benzin və dizel yanacağı ilə işləyən minik avtomobillərinin satışının qadağan ediləcəyi deyilirdi, sonra isə bu dövr 2035-ci ilə qədər çəkildi:
E. Əliyevin sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin utilizasiya proqramını işləməsi gələcək üçün yeni vədlər verir. Güman edirəm ki, həmin vaxta qədər Azərbaycanda avtomobil sektoru məzarlığa çevrilməməyə qarşı müdafiə sistemini quracaq.
“Ümumilikdə isə ölkəmizdə elektromobillərə tam keçid gözlənilmir. Dünya da buna tam olaraq hazır deyil. Hazırda elektrik və hibrik mühərrikli avtomonillərlə bağlı dövlət çərçivəsində təbliğat və təşviqat kampaniyaları aparılır və xüsusi güzəştlər tətbiq olunur. Bütün əhali keçidə hazır olmasa da, artıq elektromobil alanlar və maraqlananlar var. Avtoparkımız köhnə olsa da, avtomobillərə olan yüksək maraq bizi dünya ilə ayaqlaşmağa məcbur edir. Doğrudur, yaxın 5 ildə tamamilə elektrikli avtomobillərə keçməsək də, həmin dövr keçid dövrü olacaq. Bunun üçün davamlı tədbirlərin görülməsinə, maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Burada infrastrukturun da tam qurulmasına ehtiyac var. Xatırladım ki, hələ 2013-cü ildən Azəraycan bazarına dolan Çin avtomobillərinin hələ tam servisləri və ehtiyat hissələri yoxdur. Tamamilə elektromobillərə keçid büdcə baxımından da əhali üçün əlverişli deyil”, - deyə E. Əliyev əlavə edib.