Gələn il əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi 10 faiz çox nəzərdə tutulub



Gələn il əmək pensiyasının ödənilməsi xərcləri 6500 000 000,0 manat proqnozlaşdırılır.
AzBaku.org xəbər verir ki, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, növbəti ildə əhaliyə ödənişlər üçün 6681,58 manat həcmində və ya Fondun xərclərinin 96,56%-i səviyyəsində proqnozlaşdırılır.
2024-cü ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi 2023-cü ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 10,04% və ya 592,82 mln manat çox nəzərdə tutulub.
2024-cü il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi nəzərə alınıb.