Kanada səfiri Fransanın Ermənistanı silahlandırmaqla sülh danışıqlarına mane olduğunu bildirib


Hazırda sanksiyalarla bağlı danışmaq Ermənistanla Azərbaycan arasında davam edən sülh səylərini pozmaq riskinə malikdir.
AzBaku.az CBC-yə istinadən xəbər verir ki, bunu Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin Aşağı Palatasının Xarici İşlər və Beynəlxalq İnkişaf Komitəsinin iclasında bildirib.
Səfir bildirib ki, sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi ilə bağlı səyləri sarsıda bilər. Onun sözlərinə görə, hazırda sanksiyalar yolunu seçmək davam edən sülh səylərini pozmaq riski daşıyır.
“Biz heç kimin sanksiya yoluna getdiyini görməsək də, məsələn, Fransadan hərbi dəstək ehtimalı ilə bağlı açıqlamalara şahid olduq. Bu, Azərbaycanın sülh prosesinin irəliləməsinə kömək edə biləcək planlaşdırılmış beynəlxalq görüşlərdən və müzakirələrdən geri çəkilməsinə səbəb oldu”, - diplomat qeyd edib.