Moskvada “VDNX”da yanğın – VİDEO

Moskvanın Sülh prospektində “VDNX”nın (Xalq təsərrüfatı nailiyyətləri sərgisi) əsas pavilyonunda yanğın baş verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya FHN-nin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilir ki, yanğın nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə zamanı binadan 50 nəfər təxliyyə olunub.