Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə layihəsi ölkənin inkişafında müsbət meylləri əks etdirir.AzBaku.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində spiker Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, gələn il göstəricilərin rekord həddə olması dövlətimizin artan iqtisadi gücüdür: “Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, müdafiə potensialının gücləndirilməsi, azad edilmiş ərazilərin bərpnsı diqqət mərkəzində saxlanılacaq. İnamla söyləmək olar ki, gələn il dövlət büdcəsinin həyata keçirilməsi Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsinə, dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradacaq”.
Firuzə Vahid