Zelenskinin ofis rəhbəri: 2024-cü il müharibədə həlledici il olacaq
2024-cü il müharibədə həlledici il olacaq.
AzBaku.org Bloomberg-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Ermak Vaşinqtonda Hudson İnstitutunda çıxış edərkən deyib.
Müharibədə dönüş nöqtəsinin yaxınlaşdığını deyən Yermak qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir, Ukrayna hərbçiləri Dnepr çayının sol sahilində möhkəm dayanıb və Ukrayna Prezidenti Vladimir Zelenski qələbəni necə əldə edəcəyini bilir.
Zelenskinin ofisinin rəhbəri həmçinin, qış yaxınlaşdıqca, Rusiya qoşunlarının ölkənin enerji infrastrukturuna hücuma başlaya biləcəyini, belə bir vaxtda Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynanın hava hücumundan müdafiəsinə dəstək verməyə çağırıb.