Busiya prezidenti Vladimir Putinin Suriyaya qısamüddətli səfəri zamanı maraqlı hadisə baş verib. Rusiya liderinin təhlükəsizlik xidməti Bəşər Əsədi onun yanına buraxmayıb.
AzBaku.info oxu az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazıb.
Belə ki, Rusiya prezidenti fəxri qarovul dəstəsi tərəfə addımlayarkən ondan geri qalan Əsəd qonağa çatmaq istəyib, amma rusiyalı hərbçi əli ilə onu saxlayıb. Əsəd təəccübünü gizlədə bilməsə də, əmrə tabe olub.