Gündəm - AzBaku.org
Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib
Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 23-də qəbul etdiyi, Azərbaycanda müəyyən hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmalar üçün ayrıca tənzimləmə qaydasının müəyyənləşdirilməsini, satınalmalar üzrə müqavilələrin elektron formada (təchizatçı qeyri-rezident olduğu halda istisna edilir) rəsmiləşdirilməsini təsdiqləyib.
Bununla bağlı dövlət başçısı "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Təklif olunan dəyişikliklərin əsas məqsədi adıçəkilən qanunun 3.2.8-1-ci altmaddəsində sadalanan hüquqi şəxslərin müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmaları qanunun tətbiq dairəsindən çıxarmaqdır.
Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir. Satınalmalar dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirildikdə bu istisna tətbiq olunmur.
2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər
Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.
“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunur.
Layihəyə əsasən, büdcə gəlirləri 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat və ya 1,7 faiz, xərclər isə 696,4 milyon manat və ya 1,7 faiz çox olacaq.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat, yaxud ümumi daxili məhsulun 2,2 faizi səviyyəsində proqnozlaşdırılır.
Gəlirlərin 23 milyard 774 milyon manatının qeyri-neft-qaz, 15 milyard 480 milyon manatının isə neft-qaz sektorundan formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunun büdcə gəlirlərində payı 60,6 faiz təşkil edəcək.
Dövlət Neft Fondundan büdcəyə 11 milyard 900 milyon manat transfert nəzərdə tutulur. Bu, cari ilin proqnozundan 935 milyon manat və ya 7,3 faiz azdır.
Gələn il sosialyönlü xərclərə 18 milyard 733,4 milyon manat yönəldilməsi planlaşdırılır. Bu, büdcə xərclərinin 44,2 faizini təşkil edir və cari illə müqayisədə 1 milyard 582,1 milyon manat çoxdur.
Əsas xərc istiqamətlərindən müdafiə və milli təhlükəsizliyə 8 milyard 816,4 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 914 milyon manat, səhiyyəyə isə 2 milyard 84,1 milyon manat nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlər üçün büdcənin bütün xərc bölmələri üzrə ümumilikdə 3 milyard 422 milyon manat yönəldilməsi planlaşdırılır.
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən "paratrike" tipli uçuş aparatı müşahidə edilib.
Bu barədə DSX-nin Mətbuat xidmətindən bildirilib.
Kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paratrike zərərsizləşdirilib, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kq 270 qr marixuana, 1 kq 940 qr tiryək) və 4 000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb, uçuş aparatını idarə edən İran vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilib. Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "BYD" idarəetmədən çıxaraq yolun kənarında park edilmiş "BMW", "Audi" və "Volkswagen" markalı avtomobillərə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək.
Bu barədə QMİ-dən məlumat verilib.
Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin birgə hazırladığı, BMT-nin Baş Katibi Antonio Qutteriş tərəfindən təqdim olunmuş "Sülh vasitəçiliyi yolu ilə nifrət çağırışlarına qarşı mübarizə, soyqırımı və kütləvi vəhşilik cinayətlərinin, eləcə də onlara təhrikin qarşısının alınması üzrə ənənəvi və yerli liderlər, habelə xalqlar üçün Maskat Fəaliyyət Planı"na həsr olunmuş beynəlxalq platformadır.
Vurğulanıb ki, forum BMT-nin Beynəlxalq Tolerantlıq Gününə təsadüf edir. Bu, Maskat Fəaliyyət Planının əsasında dayanan dialoq, qarşılıqlı hörmət, inklüzivlik və dinc birgəyaşayış dəyərlərini bir daha təsdiqləmək üçün münasib fürsətdir. Forum ənənəvi və yerli liderləri, habelə xalqları, dini liderləri, hökumət nümayəndələrini, BMT qurumlarını və sülh quruculuğu sahəsində çalışan mütəxəssisləri bir araya gətirəcək. Burada mədəniyyətlərarası və dinlərarası dialoqun ənənəvi və yerli liderlərin, habelə xalqların öncül rolu və birgə səylərilə parçalanmaların aradan qaldırılmasına, sosial həmrəyliyin möhkəmləndirilməsinə, daha dinc və dayanıqlı cəmiyyətlərin qurulmasına töhfələri müzakirə ediləcək.
A.Paşazadə Maskat Forumunun Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatına həsr olunmuş Yüksək səviyyəli açılış hissəsində çıxış edəcək.
Sabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 15-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısından güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə növbəti təlim toplanışı keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq təlimə cəlb olunanlar hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin edilib.
Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, o cümlədən onlarla maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin, hərbi qanunvericiliyin tələbləri və təhlükəsizlik qaydaları çatdırılıb.
İştirakçılarla sıra, nizamnamə, ictimai-siyasi və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, həmçinin praktiki atış çalışması yerinə yetirilib.
Qeyd edək ki, toplanışın əsas məqsədi hərbi vəzifəlilərin praktiki vərdişlərinin təkmilləşdirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların yeni hərbi biliklər əldə etmələridir.
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Müdafə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissələrdə həyata keçirilən profilaktik tədbirlər sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısının alınması hədəflənir.
Gənc əsgərlərin valideynlərindən və bütün vətəndaşlardan hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmaq, tətbiq olunan məhdudiyyəti anlayışla qarşılamaq və əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməmək xahiş olunur.
Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4-ü xəsarət alıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.
Bildirilib ki, hadisə noyabrın 13-ü saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Belə ki, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
SEPAH: Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
"Bu gün səhər saatlarında əvvəlki xəbərdarlıqlara məhəl qoymayaraq, izləmə və identifikasiya sistemlərini söndürən, Hörmüz boğazının şərqindəki təhlükəli və qadağan olunmuş ərazidə hərəkət edən neft tankeri dəniz minasına çırpılıb", - HDQ-dən bildirilib.
Qeyd olunub ki, nəticədə tankerdə yanğın baş verib və gəmi hərəkətsiz qalıb. SEPAH-ın bəyanatında bildirilib ki, Hörmüz boğazının şərqindəki qadağan olunmuş ərazidə hərəkət edən və qayda pozan neft tankerləri dəniz minalarına çırpılaraq yanğınla üzləşəcək.