İdman - AzBaku.org
Millətlər Liqasında daha 10 matç – SİYAHI
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.
Bu oyun günündə 10 matç baş tutacaq.
A Liqasının III qrupunda Çexiya İngiltərə ilə, İspaniya isə Xorvatiya ilə qarşılaşacaq.
B Liqasının I qrupunda Şotlandiya İsveçrəni qəbul edəcək, Sloveniya isə Şimali Makedoniya ilə üz-üzə gələcək.
C Liqasının I qrupunda Finlandiya Belarusla, San Marino isə Albaniya ilə qarşılaşacaq. C Liqasının III qrupunda Moldova Farer adaları ilə, Slovakiya isə Qazaxıstanla qüvvəsini sınayacaq.
C Liqasının IV qrupunda Bolqarıstan Estoniya ilə, Lüksemburq isə İslandiya ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası
29 sentyabr
A Liqası, III qrup
22:45. Çexiya - İngiltərə;
22:45. İspaniya - Xorvatiya.
B Liqası, I qrup
22:45. Şotlandiya - İsveçrə;
22:45. Sloveniya - Şimali Makedoniya.
C Liqası, I qrup
20:00. Finlandiya - Belarus;
22:45. San-Marino - Albaniya.
C Liqası, III qrup
20:00. Moldova - Farer adaları;
22:45. Slovakiya - Qazaxıstan.
C Liqası, IV qrup
22:45. Bolqarıstan - Estoniya;
"Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
Sayca 10-cu dəfə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici televiziya kanalı və yayım platformasında canlı yayımlanacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Yarışı yayımlayan əsas beynəlxalq media qurumları arasında "Sky", "beIN SPORTS", "Canal+", "ESPN/Disney", "DAZN", "BBC Radio 5 Live" və qlobal yayım platforması Netflix də yer alır.
Azərbaycan Qran-Prisinə beynəlxalq marağın miqyasını əvvəlki illərin izlənmə göstəriciləri də nümayiş etdirir. Ötən il "Formula 1" yarışlarını ümumilikdə 72 milyondan çox insan izləyib. Həmin il ABŞ-ın ESPN kanalında Azərbaycan Qran-Prisinin əsas yarışını təxminən 1,1 milyon tamaşaçı izləyib. Bu, ABŞ televiziya tarixində Azərbaycan Qran-Prisi üçün rekord izlənmə göstəricisi olub.
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.
Hadisə yarışın startında qeydə alınıb.
İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamaranın idarə etdiyi bolid "Prema Racing"in sürücüsü Mari Boyanın avtomobilinə dəyib.
Nəticədə sarı bayraq qaldırılıb.
"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar.
Bu barədə klub məlumat yayıb.
Ange Mutsinzi Ruanda, İssa Cibrila Niger yığmasına çağrılıb.
Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
Misli Premyer Liqasında VI turun daha iki oyunu bu gün keçiriləcək.
Günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.
Qarşılaşma saat 17:30-da start götürəcək. Bölgə klubu 8 xalla beşinci, paytaxt təmsilçisi 10 xalla dördüncü pillədə qərarlaşıb.
Daha sonra "Sabah" "İmişli"ni sınağa çəkəcək. Bu görüş saat 19:45-də başlayacaq. Ehtiyatda daha bir oyunu olan son ölkə çempionu 12 xalla üçüncü sıradadır. Qonaqlar 4 xalla səkkizinci yerdədir.
Misli Premyer Liqası
I dövrə, VI tur
19 sentyabr
17:30. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı
VAR: Əli Əliyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu
19:45. "Sabah" – "İmişli"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
"Bank Respublika Arena"
UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
UEFA Avropa Liqasında əsas mərhələyə bu gün start veriləcək.
İlk oyun günündə 9 matç keçiriləcək.
Günün mərkəzi qarşılaşması İtaliyada baş tutacaq.
"Milan" doğma azarkeşləri önündə Portuqaliyanın "Benfika" komandası ilə üz-üzə gələcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi
I tur
16 sentyabr
20:45. "Ararat-Armeniya" (Ermənistan) - "Sparta" (Çexiya)
20:45. "Omoniya" (Kipr) - "Selta" (İspaniya)
23:00. "Milan" (İtaliya) - "Benfika" (Portuqaliya)
23:00. "Bayer 04" (Almaniya) - "Selye" (Sloveniya)
23:00. "Anderlext" (Belçika) - "Lion" (Fransa)
23:00. "Sanderlend" (İngiltərə) - "AZ Alkmaar" (Niderland)
23:00. "Şturm" (Avstriya) - "Renn" (Fransa)
23:00. "Olimpiakos" (Yunanıstan) - "Yagelloniya" (Polşa)
23:00. "Hapoel" (Beer-Şeva, İsrail) - "Dinamo" (Zaqreb, Xorvatiya)
Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq
Misli Premyer Liqasının V turunda bu gün daha iki görüş baş tutacaq.
İlk matçında "Kəpəz" doğma meydanda "Qəbələ"ni qəbul edəcək.
"Qəbələ" 4 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 3 xala malik Gəncə klubu isə doqquzuncudur.
Günün son matçında isə "Şamaxı" səfərdə "Sumqayıt"ın qonağı olacaq.
"Şamaxı" 5 xalla altıncı yerdədir. Heç bir xalı olmayan "Sumqayıt" isə sonuncu - 12-cidir.
12 sentyabr
Misli Premyer Liqası
I dövrə, V tur
17:30. "Kəpəz" – "Qəbələ"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev
Gəncə stadionu
19:45. "Sumqayıt" – "Şamaxı"
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov.
VAR: Vüqar Həsənli.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"SOCAR Polymer Arena"
Qeyd edək ki, ötən gün baş tutan turun açılış oyununda "Neftçi" "İmişli"ni 3:2 hesabı ilə məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.
Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
Misli Premyer Liqasında V tura bu gün start veriləcək.
Günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olacaq.
Qarşılaşma Yevlax şəhər stadionunda, saat 16:30-da start götürəcək.
Paytaxt təmsilçisi 9 xalla liderdir. Meydan sahibləri 4 xalla 8-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, V tur
11 sentyabr
16:30. "İmişli" – "Neftçi"
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.
VAR: Emin Əliyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu
"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək.
Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.
"Old Trafford" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.
"Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək "Mançester Yunayted" - "Sabah" oyunu Azərbaycan təmsilçilərinin İngiltərə klublarına qarşı 12-ci dueli olacaq.
Əvvəlki 11 matçın hamısında "Qarabağ" iştirak edib.
10 görüşdə rəqiblərinə uduzan "köhlən atlar" yalnız bir dəfə heç-heçəyə nail olub.
İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA Avropa Liqasının qrup mərhələsində "Tottenhem"ə rəqib olub. London təmsilçisi hər iki görüşdə qalib gəlib - 3:1, 1:0.
"Qarabağ" ardınca UEFA Çempionlar Liqasının qrup mərhələsində bu ölkənin "Çelsi" komandası ilə üz-üzə gəlib. İngiltərədə 6 cavabsız qola üzülən ağdamlılar Bakıda 0:4 hesabı ilə uduzub.
"Köhlən atlar" 2018-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində "Arsenal"la qarşılaşıb. Azərbaycan çempionu bu dəfə də hər iki qarşılaşmadan məğlub ayrılıb - 0:3, 0:1.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2024-cü ildə UEFA Avropa Liqasının Liqa mərhələsində "Tottenhem"lə səfərdə münasibətlərə aydınlıq gətirib. Londonlular 3:0 hesablı qələbəyə seviniblər.
Azərbaycan təmsilçisi ötən ilin noyabrında Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Çelsi" ilə heç-heçə edib - 2:2. Ardınca İngiltərədə "Liverpul"a 6 cavabsız qolla yenilən komanda Liqa mərhələsindən pley-offa vəsiqə qazanıb və burada da İngiltərə klubu ilə üz-üzə gəlib.